Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çin Tayvanı mühasirəyə alıb

Tayvan bölgəsindəki təlimlər zamanı Çin Silahlı Qüvvələri adanı faktiki olaraq mühasirəyə alıb və real döyüş imkanlarını yoxlamaq üçün müxtəlif ssenarilər tətbiq edirlər.

Bunu Çin Xalq Azadlıq Ordusunun (AXC) Şərq Döyüş Komandanlığı Zonasının dərc etdiyi təlimlərin interaktiv xəritəsi sübut edir.

“Birgə Qılınc 2024A” təlimi çərçivəsində Çin ordusunun müxtəlif qoşunları adanın faktiki olaraq bütün istiqamətlərində yerləşdirilib.

Bildirilib ki, təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulan ərazinin nəzarətə götürülməsi, müxtəlif qüvvələrin qarşılıqlı fəaliyyətinin məşq edilməsi və cəlb olunan qüvvə və vasitələrin real döyüş imkanlarının yoxlanılmasıdır.

Komandanlığın bəyanatında deyilir: “Manevrlər Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr, eləcə də kənardan müdaxilə etməyə çalışan qüvvələr üçün ciddi xəbərdarlıq və cəzadır”.