Çin hərbi xərclərini kəskin artırıb
05 Mart 2026
Çin hökuməti 2026-cı ildə müdafiə xərclərini 7% artıraraq 1,909 trilyon yuana (Təxminən 277 milyard ABŞ dolları - Qeyd) çatdırmağı planlaşdırır.
Bu, 14-cü Ümumxalq Xalq Nümayəndələri Konqresinin dördüncü sessiyasının ilk günündə dərc olunmuş layihədə bildirilir.
"Milli müdafiə xərcləri 7% artımla 1,909 trilyon yuan təşkil edəcək", - sənəddə deyilib.
Qeyd edək ki, Çinin hərbi xərcləri 2025-ci ildə 7,2% artaraq 245,5 milyard dollar təşkil edib.
Bundan əlavə Çin Xalq Respublikasının Sədri Si Cinpinin göstərişlərinə uyğun olaraq, hökumət 2026-cı ildə ölkənin Silahlı Qüvvələrini gücləndirəcək və modernləşdirəcək. Belə ki, Silahlı Qüvvələrin İnkişafı üzrə 15-ci beşillik plan lazımi qaydada hazırlanacaq, əsas milli müdafiə inkişaf layihələri həyata keçiriləcək və hərbi doktrinanın modernləşdirilməsini təşviq etmək proqramı həyata keçiriləcək.
Bundan əlavə, 2026-cı ildə ictimai təhlükəsizlik xərclərinin 2025-ci illə müqayisədə 5,9% artımla 258,27 milyard yuana (37,42 milyard dollar) çatacağı gözlənilir.