
Çin geri çəkilmir: ABŞ-nin 104 %-lik rüsum qərarına cavab verəcək
09 Aprel 2025
Çin höküməti ABŞ-nin 104 % gömrük rüsumlarına cavab olaraq qətiyyətli tədbirlər görəcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Tszyan brifinq zamanı bildirib.
"Biz qanuni hüquq və maraqlarımızı qorumaq üçün qətiyyətli və səmərəli tədbirlər görməyə davam edəcəyik", - L.Tszyan qeyd edib.
Daha əvvəl o, ABŞ-nin digər ölkələrdən idxal olunan mallara tətbiq etdiyi rüsumların iqtisadiyyatın bərpası prosesini və s. sarsıtdığını bildirmişdi.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiqini elan edib. Bəziləri üçün fərdi faiz dərəcə müəyyən edilib.