Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çin Azərbaycana birbaşa təyyarə reyslərini bərpa edir

Çinin Quançjou şəhəri (Urumçi vasitəsilə) ilə Bakı arasında gediş-gəliş mart ayında rəsmi olaraq bərpa olunacaq.

Pressklub.az-ın məlumatına görə, Çinin Azərbaycandakı səfirliyindən bildirilib ki, “China Southern Airlines” şirkətinin yaydığı məlumata görə, martın 13 və 20-də hər iki tərəfə yalnız bir reys həyata keçiriləcək. Martın 26-dan etibarən isə həftədə iki reysin (Çərşənbə/Bazar) bərpası planlaşdırılır.

Səfirlik qeyd edib ki, son üç ildə koronavirus (COVID-19) epidemiyasının təsiri ilə əlaqədar Çin və Azərbaycan arasında uçuşlar azaldılıb, müntəzəm birbaşa uçuşlar isə müvəqqəti olaraq dayandırılmışdı. 2023-cü ilin əvvəlində Çin yeni növ koronavirus epidemiyasının qarşısının alınmasında və ona qarşı mübarizədə böyük və qətiyyətli qələbə qazandığından, xarici əməkdaşlığı həyata keçirmək və əlaqələri bərpa etmək, Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin səlahiyyətli mülki aviasiya orqanları ilə fəal əlaqə saxlamaq və Çin ilə digər ölkələr arasında birbaşa uçuşların sürətlə bərpasına kömək üçün əlindən gələni edir.