Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ceyms O'Brayen sülh üçün İrəvana gedir

ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen strateji dialoq aparmaq üçün iyunun 10-dan 12-dək İrəvanda olacaq. Bu barədə Turan-ın müxbiri ABŞ Dövlət Departamentinə istinadən bildirib.

O'Brayen ölkənin siyasi rəhbərliyilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlər və onların möhkəmləndirilməsi yolları müzakirə olunacaq.

Dövlət Departamentində qeyd ediblər ki, sərhədin delimitasiyası üçün Alma-Ata bəyannaməsindən istifadə etməklə Ermənistan və Azərbaycan arasında möhkəm sülh sazişinin təşviqinə ABŞ-ın dəstəyi diqqət mərkəzində olacaq.

O' Brayen yüksək vəzifəli hökumət məmurları ilə yanaşı, biznes və vətəndaş cəmiyyəti nümayəndələrilə görüşlər keçirəcək.