Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ceyhun Bayramovla Hakan Fidan arasında görüş keçirilib

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşü başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, C.Bayramov H.Fidanı nazirliyin binası önündə qarşılayıb.

 



Sonra xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş olub.

Ardınca Ceyhun Bayramovla Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan-Türkiyə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanda rəsmi səfərdədir.