Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir, Sibiqa ilə danışıqlar aparıb
06 Avqust 2026
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya rəsmi səfəri başlayıb.
Kiyevdə Azərbaycan XİN rəhbərini Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və digər rəsmi şəxslər qarşılayıblar.
Bayramov səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın iştirakı ilə Ukrayna Xarici İşlər Nazirliyinin parkında yerləşən Ukraynanın Həlak olmuş Müdafiəçilərinin Xatirə Memorialını ziyarət edib. XİN başçısı abidə önünə əklil qoyaraq onların xatirəsini ehtiramla yad edib.
Daha sonra Ceyhun Bayramovla Andrey Sibiqanın danışıqları başlayıb.