Çexiyada universitetdə qətliam: 15 ölü, onlarla yaralı
21 Dekabr 2023
Çexiyanın paytaxtı Praqada Karlov Universitetində atışma olub, ölənlər və yaralananlar var.
Çexiya agentliklərinin verdiyi məlumata görə, atışmada 15 nəfər ölüb, onlarla yaralı var. Bəzi mənbələrə görə, 30 nəfər yaralanıb.
Polis atəş açan şəxsi zərərsizləşdirib.
Hadisə yerinə daxili işlər naziri Vit Rakusan gəlib.