
Çempionlar Liqası: "Real" və "Bavariya" yarımfinala çıxa bilmədi
17 Aprel 2025
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub.
İkinci oyun günündə son yarımfinalçılar müəyyənləşib.
"Real" doğma meydanda "Arsenal"la üz-üzə gəlib.
"Bavariya" klubu isə İtaliyada "İnter"in qonağı olub.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
“Real” (İspaniya) – “Arsenal" (İngiltərə) 1:2
İlk oyun - 0:3.
“İnter" (İtaliya) - "Bavariya" (Almaniya) 2:2
İlk oyun - 2:1.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə aprelin 29-da start veriləcək.