
Çempionlar Liqası: PSJ qalib gəldi, "Barselona" rəqibini darmadağın etdi
10 Aprel 2025
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki matçı keçirilib.
PSJ evdə “Aston Villa” ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
“Borussiya” isə səfərdə “Barselona”nın qonağı olub. Meydan sahibləri inamlı qələbəyə seviniblər.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
PSJ (Fransa) - “Aston Villa” (İngiltərə) 3:1
“Barselona” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) 4:0
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 15-16-da baş tutacaq.