Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası matçında erməni təxribatı

Ötən gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Pünik" – “Düdelanj” matçı zamanı ermənilər təxribata əl atıblar.

İrəvanda keçirilən qarşılaşmada erməni azarkeşlər Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan pankart açıblar. Belə ki, sözügedən pankartda işğaldan azad olunmuş Qarabağ Ermənistan ərazisi kimi göstərilib.

Qeyd edək ki, UEFA qaydalarına görə, bu qurumun bayrağı altında keçirilən oyunlarda siyasi pankartlar açmaq, şüarlar səsləndirmək qadağandır. Buna görə də, "Pünik" cərimə oluna bilər.

Qarşılaşma isə Lüksemburq təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.