Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: İspaniya günü

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

İspaniya klublarından “Atletiko” ev, “Barselona” səfər matçına çıxıb.

Madrid təmsilçisi öz meydanında Dortmund “Borussiya”sını minimal fərqlə üstələyib. Kataloniyalılar isə Parisdə yerli PSJ-ni məğlub ediblər.

Bu cütlər arasında cavab görüşləri aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, bir gün əvvəl keçirilən qarşılaşmalarda “Real” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
10 aprel

“Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 2:1
Qollar: 
Rodriqo de Paul, 5, Samuel Lino, 32 – Sebastyen Alle, 81
Baş hakim: Marko Quida (İtaliya).
Madrid, “Metropolitano” stadionu.

PSJ (Fransa) – “Barselona” (İspaniya) 2:3
Qollar: 
Usman Dembele, 48, Vitinya, 51 - Rafinya, 37;62, Andreas Kristensen, 77
Baş hakim: Entoni Teylor (İngiltərə).
Paris, “Park De Prens” stadionu.