
Çempionlar Liqası: "Bavariya" evində, "Real" səfərdə uduzdu
09 Aprel 2025
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına start verilib.
İlk oyun günündə iki qarşılaşma baş tutub.
“Real” səfərdə “Arsenal”ın qonağı olub. “Bavriya” isə doğma meydanda “İnter”lə üz-üzə gəlib.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
8 aprel
“Arsenal” (İngiltərə) – “Real” (İspaniya) 3:0
“Bavariya” (Almaniya) – “İnter” (İtaliya) 1:2
Qeyd edək ki, 1/4 final mərhələsində daha iki oyun sabah baş tutacaq.