Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: "Barselona" və PSJ yarımfinal mərhələsində

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşləri başlayıb.

İlk oyun günündə iki qarşılaşma baş tutub.

“Barselona” Dortmundda “Borussiya”nın, PSJ isə İngiltərədə “Aston Villa”nın qonağı olub.

"Barselona" və PSJ bu dəfə rəqiblərinə uduzsalar da, iki oyunun nəticəsinə əsasən yarımfinala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

“Borussiya" (Dortmund, Almaniya) - “Barselona” (İspaniya) 3:1

İlk oyun - 0:4.

“Aston Villa” (İngiltərə) - PSJ (Fransa) 3:2

İlk oyun - 1:3.

Qeyd edək ki, bu raundun digər cavab matçları aprelin 16-da keçiriləcək.