Çempionlar Liqası: 1/4 final mərhələsinin bütün iştirakçıları məlum olub
13 Mart 2025
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
İkinci oyun günündə daha dörd matç baş tutub.
“Atletiko” evdə “Real”la, “Lill” “Borussiya” ilə üz-üzə gəlib.
PSV səfərdə “Arsenal”ın, “Brügge” isə “Aston Villa”nın qonağı olub.
UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
“Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) 1:2
İlk oyun - 1:1.
“Atletiko” (İspaniya) - “Real” (İspaniya) 1:0 (penaltilər seriyasında 2:4)
İlk oyun - 1:2.
“Arsenal” (İngiltərə) - PSV (Niderland) 2:2
İlk oyun - 7:1.
“Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika) 3:0
İlk oyun - 3:1.
Bununla da növbəti mərhələyə “Real”, “Borussiya”, “Arsenal” və “Aston Villa” adlayıblar. Xatırladaq ki, “Barselona”, “PSJ”, “İnter” və “Bavariya” da 1/4 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək.