
“Çelsi” UEFA Konfrans Liqasının qalibi olub
29 May 2025
İngiltərənin “Çelsi” komandası UEFA Konfrans Liqasının finalında İspaniya təmsilçisi “Betis”i darmadağın edərək Avropanın üçüncü dərəcəli klub turnirinin qalibi olub.
Matç Polşada Vrotslav stadionunda baş tutub.
“Zadəganlar”ın heyətində qolları Entso Fernandes, Nikolas Cekson, Ceydon Sançu və Moyses Kaysedo vurub. İspaniya komandasının heyətində isə Abde fərqlənib – 1:4.
Beləliklə, “Çelsi” ilk dəfə Konfrans Liqasının çempionu olub. Daha əvvəl London klubu Çempionlar Liqasını və Avropa Liqasını iki dəfə qazanmışdı.
Xatırladaq ki, 2023-cü ildə Londonun digər klubu sözügedən turnirin qalibi olmuşdu.