Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cavanşir Məmmədov danışmasaydı, bundan yaxşı idi: “Eurovision”a gedib, dünya bir-birinə qataram" -

“Eurovision”a getmək istəyərəm. Orada beş nəfərlik qrupla çıxış edərəm, dünya bir-birinə dəyər”.

Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Elgizlə izlə" verilişində deyib.

Aparıcının "Siz də istəyərdiniz “Eurovision” səhnəsində oxumaq?” sualına ifaçı belə cavab verib: "Mən bayrağımızı, dövlətimin səsini ucaltmaq üçün hər şey edərəm. Özümdə o potensialı görürəm. "Avroviziya"ya getmək istəyərəm. Orada beş nəfərlik qrupla çıxış edərəm, dünya bir-birinə dəyər. Birdən deyərlər ki, davul, sazla, zurna ilə oxuyacaqsan? Bəli...

Gedib dünyanın ən məşhur mahnısını oxuyaram və qəbul etdirərəm: ingilis, alman, özbək... Sübut edərəm hər kəsə. Bunu bir dəqiqədə qurdum. Hərəsini ayrı-ayrı xalqların geyimində təmsil edərəm. Biz hazırlaşanda hansı mahnı keyfiyətli alınsa, onu ifa edərəm. Tək oxumaq deyil, gərək yaxşı oxuyasan".

https://www.youtube.com/watch?v=J2QmBGT1YTs&t=2s