Logo
news content
User
Kateqoriyalar

Xəbər

Casusluqda şübhəli bilinərək həbs edilən rusiyalı jurnalist buraxıldı - YENİLƏNİB

Komsomolskaya Pravda“nın jurnalisti Darya Aslamova redaksiyamızla əlaqə saxlayaraq Serbiya-Kosovo sərhədində yerləşən Raşka şəhərində olduğunu bildirib”.

Bu barədə “Komsomolskaya Pravda“nın redaksiyasından məlumat verilib.

O, avqustun 7-nə keçən gecə tanınmamış Kosova hakimiyyəti tərəfindən saxlanılıb, sonra sərbəst buraxılıb.

***

Kosovanın daxili işlər naziri şənbə günü sərhəddə rusiyalı jurnalisti casusluqda şübhəli bilinərək həbs edildiyini bildirib.

Bu barədə “Reuters” məlumat yayıb.

Ölkənin daxili işlər naziri Cəlal Şveçliya həmin jurnalistin Daria Aslamova olduğunu açıqlayıb.

“Bir çox ölkələr onun Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini və özünü jurnalist kimi təqdim etdiyini sübuta yetirib”, - məlumatda bildirilir.

Daria Aslamova "Komsomolskaya pravda"nın əməkdaşıdır.

Xatırladaq ki, son günlər Serbiya ilə Kosova arasında münasibət daha da kəskinləşib. Kosovanın şimalında iyulun 31-də atışma və sirena səsləri eşidilib.