Cangüdənlikdən Dövlət Şurasının katibliyinə - Putin "varis" pnanını işə salıb?
30 May 2024
Çərşənbə günü Rusiya prezidenti Vladimir Putinin keçmiş mühafizəçisi Aleksey Dyumini Dövlət Şurasının katibi təyin edib, bu da Dyuminin prezidentlik potensialı ilə bağlı şaiyələrə səbəb olub.
Putin mart ayında yenidən altı illik müddətə seçildi, may ayında isə 51 yaşlı Dyumini müdafiə sənayesinə nəzarət edən köməkçisi təyin edib, bu da onu Moskvaya gətirdi və hakimiyyət mərkəzinə yaxınlaşdırdı.
Çərşənbə günü Dyuminin Dövlət Şurasının üzvü təyin edilməsi haqqında Putinin imzaladığı fərman Kremlin saytında dərc olunub. Onun yeni vəzifəsi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Kremlin keçmiş müşaviri və Putin tərəfdarı Sergey Markov Telegram-da yazıb: “Rusiya elitası Dyuminin Dövlət Şurasının katibi təyin olunmasından məmnundur”.
"Bu, Dyuminin Rusiyanın gələcək prezidenti olmasının təsdiqi, Putinin seçimidir" Markov deyib və uzun müddətdir bu barədə şayiələr olduğunu əlavə edib.
71 yaşlı və uzun illər hakimiyyətdə olacağı gözlənilən Putinin yerinə kimin keçə biləcəyi ilə bağlı heç bir ictimai müzakirə və ya etibarlı məlumat yoxdur, lakin onun təyinatları diqqətlə yoxlanılır ki, o, nə vaxtsa onu əvəz edəcək potensial namizəd hazırlamırmı?
Potensial varis kimi ictimaiyyətə təqdim olunmaq rəqib kimi görünməklə bağlı müəyyən risklər yaradır.
Amma Dyuminin adı, digərləri ilə yanaşı, uzun müddətdir ki, Rusiya siyasi elitası arasında spekulyasiyalara səbəb olub.
Dyuminin təyinatı ilə bağlı suala Kreml bildirib ki, bu, rotasiyanın bir hissəsidir - o, 72 yaşlı İqor Levitini əvəz edib - və Dövlət Şurasının necə fəaliyyət göstərəcəyinə baxacağını deyib.
Putin Şuraya rəhbərlik edir və onun daha vacib əhəmiyyət kəbs edəcəyi barədə çoxdan şayiələr var.
Putinin 2020-ci ildə təklif etdiyi dəyişikliklərə əsasən, Rusiya regionlarının rəhbərlərini birləşdirən Dövlət Şurasının rolu ilk dəfə Konstitusiyada təsbit edilib.
Siyasi analitiklər hesab edirdilər ki, bu, daha güclü qüvvəyə çevrilməyə yol açdı.
Sanksiyalaşdırılmış “Rusiya Qəhrəmanı”
Dyumin 1972-ci ildə Rusiyanın qərbində, Kursk şəhərində anadan olub, evlidir və bir oğlu var. Bu illər ərzində dövlət televiziyasında çoxsaylı çıxışlar etməsinə baxmayaraq, o, əvvəllər idarə etdiyi regiondan kənarda ruslar arasında çox tanınmır, lakin siyasi, hərbi və kəşfiyyat dairələrində yaxşı tanınır.
2016-cı ildə Dyumin "Kommersant" qəzetinə bildirib ki, Putinin mühafizəçisi olduğu zaman Rusiya lideri dağ iqamətgahlarından birində istirahət edərkən ayını qorxutmaq üçün tapançasından istifadə edib.
Rusiyanın ən yüksək dövlət mükafatı olan “Rusiya Qəhrəmanı” mükafatını alan Dyumin 1995-ci ildə Kreml elitasının təhlükəsizliyini təmin edən Rusiya Federal Təhlükəsizlik Xidmətinə işə başlayıb və Putinin birinci və ikinci prezidentlik dövründə onu qoruyub.
"Mən prezidentin təhlükəsizliyini hər yerdə - Rusiyada və xaricdə təmin edən zabitlər qrupunun bir hissəsi idim" deyə Dyumin bildirib.
“Hər səhər prezidentə əməliyyat hesabatları ilə bağlı məruzə ilə başlayırdı. Regionlar və fövqəladə hallar haqqında məlumatınız olmalıdır. Hərdən nazirə, region rəhbərinə tapşırıq verməli olurdum”.
Putinlə xokkey oynayan Dyumin 2014-cü ildə Rusiya Krımı Ukraynadan ilhaq edəndə Baş Kəşfiyyat İdarəsinin hərbi kəşfiyyat xidmətinin rəis müavini olub.
Daha sonra müdafiə nazirinin müavini, daha sonra isə Rusiyanın hərbi sənaye kompleksində mühüm rol oynayan Tula vilayətinin qubernatoru vəzifələrində çalışıb.
ABŞ Maliyyə Nazirliyi 2018-ci ildə Dyuminə sanksiya tətbiq edərək bəyan edib ki, o, “Rusiyanın Krımı ilhaq etməsində əsas rol oynayan” Xüsusi Əməliyyat Qüvvələrinə rəhbərlik edib.
O, həmçinin 2022-ci ildə Ukraynada pilotsuz uçan aparatları idarə etmək üçün əməliyyatçılara təlim məktəb açdığını iddia edən Böyük Britaniyanın sanksiyalar siyahısındadır.
“Müvafiq olaraq, Dyuminin Ukraynada sabitliyi pozmaqda və ya Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və ya müstəqilliyini sarsıtmaqda və ya təhdid etməkdə iştirak etdiyi və iştirak etməkdə davam etdiyindən şübhələnmək üçün tutarlı əsaslar var”, deyə Böyük Britaniyanın Maliyyə Nazirliyində bəyan ediblər.