Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyət elan olundu

Bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyət elan olunub. “Sputnik ” xəbər verir ki, Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.

Bundan əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fövqəladə vəziyyət rejimi elan edilmişdi.

Fərmana əsasən, Nur-Sultan şəhərində fövqəladə vəziyyət yanvarın 5-dən 19-na kimi qüvvədə olacaq.

Xatırladaq ki, Kasım-Jomart Tokayev daha əvvəl Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.