Bütün Gürcüstan Patriarxı II İlya vəfat edib
18 Mart 2026
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya vəfat edib.
Bu barədə "Mtavari Arxi" televiziya kanalı məlumat verib.
Qeyd olunub ki, II İlya 93 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Patriarxın yerli nümayəndəsi yepiskop Şio Muçiro II İlyanın vəfatını təsdiqləyib.
Patriarxlığın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, protoiyerey Andriya Jaqmaidze isə məlumat verib ki, bütün Gürcüstanın Katolikos-Patriarxı Müqəddəs II Ilya martın 18-də Müqəddəs Üçlük Kafedralında dəfn olunacaq.