Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu 3 ölkədən birinə hücum hamısına edilmiş sayılacaq - Tarixi saziş

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə sazişi imzalanıb.

Üçtərəfli müdafiə sazişinə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilmiş kimi qəbul ediləcək.

Pakistan Xarici işlər Nazirliyinin yaydığı məlumata görə, bu sənəd regional sülhün, təhlükəsizliyin və sabitliyin gücləndirilməsini hədəfləyir. Bununla yanaşı, bu tərəfdaşlığın təcavüzkar hərbi cəbhə yaratmağa yönəlmədiyi vurğulanıb.