Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya Rusiya ilə müharibəyə girə bilərmi? - Müdafiə naziri açıqlama verdi

Britaniya hakimiyyəti Rusiya ilə birbaşa hərbi münaqişəyə girmək istəmir.

Bunu Britaniyanın müdafiə naziri Qrant Şapps Kral Hərbi Hava Qüvvələrinin nə üçün İsrailə İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarını tutmağa kömək etdiyi, lakin Ukrayna məsələsində analoji dəstəyin göstərilməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

"Biz Rusiya ilə birbaşa münaqişəyə cəlb olunmaq istəmirik, biz bu müharibəyə gedib döyüşmək niyyətində deyilik" - o, BBC-yə müsahibəsində deyib.

Şappsın sözlərinə görə, İsrail və Ukraynada vəziyyət çox fərqlidir.