Logo
news content
User
Kateqoriyalar

Xəbər

Böyük Britaniyanın yeni Baş naziri ABŞ-nin Prezidenti ilə danışıb

Böyük Britaniyanın yeni baş naziri Endi Bernem ABŞ Prezidenti Donald Trampla ilk telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Söhbətin təfərrüatlarını Britaniya Baş nazirinin dəftərxanası açıqlayıb.

Bernem həmsöhbətini futbol üzrə dünya çempionatının uğurla keçirilməsi münasibətilə təbrik edib.

"Baş nazir Böyük Britaniyanın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə sadiq olduğunu vurğulayıb", - bəyanatda deyilir.

Britaniya lideri Trampa öz siyasi planlarını açıqlayıb və Böyük Britaniyanın "müttəfiqlərin təhlükəsizliyinin təmin olunması"na sadiqliyini vurğulayıb.

Qeyd edək ki, Endi Bernem iyulun 20-də baş nazir postunu tutub. O, may ayında keçirilən yerli səviyyəli seçkilərdəki məğlubiyyəti fonunda hakim Leyboristlər Partiyasının deputatlarının təzyiqi altında istefa verməyə məcbur olan Kir Starmeri əvəz edib.