Logo
news content
User
Kateqoriyalar

Xəbər

Borrel: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü hərtərəfli həll yolunda mühüm addımdır” - FOTO

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Tbilisidə baş tutan görüş hərtərəfli həll yolunda mühüm addımdır”.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel “Twitter” hesabında qeyd edib.

“Normallaşmaya, barışığa yalnız birbaşa dialoqla nail olmaq mümkündür”, - Borrel vurğulayıb.

Borrel bildirib ki, Avropa İttifaqı sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə maraqlıdır.