Boris Nemtsovun qızı barəsində qiyabi həbs qərarı verildi
01 Avqust 2026
Moskvanın Zamoskvoretski Məhkəməsi rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsovanı qiyabi həbs edib.
Bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, imkan qətimkan tədbiri J. Nemtsova Rusiya ərazisində saxlanıldığı və ya ölkəyə deportasiya olunduğu andan qüvvəyə minəcək və o, 2 ay müddətinə istintaq təcridxanasında saxlanılacaq. Boris Nemtsov Adına Azadlıq Fondunun həmtəsisçisi olan Janna Nemtsova arzuolunmaz təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olunur.
Qeyd edək ki, iyulun 21-də məhkəmə rusiyalı bloqer Mixail Svetov barəsində də analoji olaraq qiyabi həbs qərarı çıxarmışdı.