Bolqarıstan Rusiya diplomatlarını ölkədən qovur
18 Mart 2022
Bolqarıstan Xarici İşlər Nazirliyi ölkədə akkreditə edilmiş 10 Rusiya diplomatını arzuolunmaz şəxs elan edib.
Bununla bağlı xarici işlər nazirinin müavini Vasil Georgiyev Rusiya səfiri Eleonora Mitrofanova şifahi nota təqdim edib.
Nazirliyin açıqlamasına görə, belə bir addım həmin şəxslərin Vyana Diplomatik Əlaqələr Konvensiyasına zidd fəaliyyət göstərdiklərinə görə atılıb. Rusiyalı diplomatlar Bolqarıstan ərazisini 72 saat ərzində tərk etməlidirlər.
Səfir E.Mitrofanova isə bunu “dostluqdan uzaq bir addım kimi” qəbul etdiklərini və cavab addımları atacaqlarını bildirib.