BMT zəlzələnin Türkiyəyə vurduğu ziyanı hesablayıb
07 Mart 2023
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Türkiyədəki daimi nümayəndəsi Luiza Vinton bildirib ki, fevralın əvvəlində Türkiyə və Suriyada baş verən zəlzələlərin iqtisadi zərəri təkcə Türkiyə Respublikasında 100 milyard dolları keçəcək.
Pressklub.az-ın məlumatına görə, Vinton qeyd edib ki, qiymətləndirmə hələ də davam edir və martın 16-da Brüsseldə keçiriləcək Aİ donorlarının konfransı üçün vaxtında tamamlanacaq. "Amma artıq indidən zərərin 100 milyard dollardan çox olacağı aydındır", - o deyib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 600 mindən çox mənzil və ofisin yerləşdiyi 200 mindən çox bina dağılıb.
Fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib, yeraltı təkanlar Suriyaya da təsir edib. Türkiyə hakimiyyəti zəlzələləri “fəlakət” adlandırır