Logo
news content
User
Kateqoriyalar

Xəbər

BMT Ukraynanın ərazi bütövlüyünü dəstəklədi - "Referendumlar" rədd edildi

BMT Baş Assambleyası çərşənbə günü Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendumlar, habelə Ukraynadakı vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.

143 ölkə qətnamənin lehinə, 5 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb.

Qətnamədə həmçinin Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həlli tələb olunur.

Rusiya, Belarus, Şimali Koreya, Nikaraqua və Suriya qətnamənin əleyhinə səs verib. Çin, Hindistan, Cənubi Afrika, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan bitərəf qalıb. Latviya, Litva, Estoniya, Ukrayna da qətnaməni dəstəkləyib.

Azərbaycan səsvermədə iştirak etməyib.