Logo
news content
User
Kateqoriyalar

Xəbər

Blinken və Fidan Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ və Türkiyənin yüksək səviyyəli diplomatları Qafqaz və Yaxın Şərq regionunda sülhü müzakirə etmək üçün cümə axşamı Çexiyanın paytaxtında görüşüblər. Bunu ABŞ dövlət katibin Entoni Blinkeni Avropa səhərində müşayiət edən  TURAN-ın müxbiri xəbər verir.

Görüş digər yüksək səviyyəli rəsmilərin də iştirak etdiyi NATO xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutub.

45 dəqiqəlik Blinken-Fidan görüşündə əsasən Qəzzada atəşkəsin əldə edilməsi, girovların azad edilməsi, eləcə də Qəzzada humanitar yardımın artırılması və regional qeyri-sabitliyin qarşısının alınması üzrə səylər müzakirə olunub.

Dövlət Departamentinin sözçüsü Metyu Miller Turan-a bildirib ki, onlar həmçinin Qafqaz regionunda sülh və rifahı dəstəkləmək imkanlarını müzakirə ediblər.

[video:336872]