Blinken Türkiyədə: Ərdoğan və Fidanla görüşüb
06 Yanvar 2024
Türkiyədə səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Türkiyə KİV-in məlumatına görə, görüş İstanbulun Vahdettin iqamətgahında keçirilib.
H.Fidan və A.Blinken Qəzzadakı son durum, İsveçin NATO-ya üzvlüyü haqqında fikir mübadiləsi aparıblar.
Daha sonra onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib. Tərəflər ikitərəfli və regional məsələlər barədə danışıblar. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın və ABŞ-nin Ankaradakı səfiri Cefri Fleyk də iştirak ediblər. Tərəflər ikitərəfli və regional məsələlər barədə danışıblar.
Qeyd edək ki, dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün bölgədə səfərdədir.
O, Türkiyədən sonra Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə səfər edərək danışıqlar aparacaq.