Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bəzi yerlərdə çörək bahalaşdı... 40 faizə qədər

Azərbaycanda çörək və un məmulatları istehsalçıları öz məhsullarının qiymətini qaldırıblar. Virtualaz.org xəbər verir ki, supermarket və mağazalarda zavodlarda istehsal olunan çörək 20 qəpik bahalaşıb. Alverçilərin sözlərinə görə, çörəyin qiyməti yenə də arta bilər.

Analitiklərin bahalaşmanın dünya bazarında buğdanın və unun bahalaşması ilə bağlı olduğunu qeyd edirlər.

50 kiloqramlıq buğda ununun bir kisəsi 6-9 manat bahalaşıb.

Pressklub.az-ın əməkdaşları bahalaşma xəbəri ilə bağlı mağazalarda olaraq, durumla maraqlanıblar. Qeyd edək ki, bəzi mağazalarda çörək və un məhsullarının qiymətində fərqli artım müşahidə olunur. Belə ki, həqiqətən də kiçik sexlərin istehsal etdiyi çörək və un məmulatlarının qiymətində artım var. Lakin bu, total xarakter daşımır. Böyük supermarketlər (məsələn, "Araz") və mağazalar şəbəksində ("Al" market) qiymət dəyişməyib və zavod çörəyi 50 qəpiyə satılır.