Logo
news content
User
Kateqoriyalar

Xəbər

Beş oldular: Rusiya ordusunun daha bir generalı məhv edilib

Ukrayna silahlı qüvvələri Nikolayev bölgəsində gedən döyüşlər zamanı Rusiya ordusunun daha bir generalını məhv edib. Sonradan işğalçılar onun bədən hissələrini toplayıb və heç bir iz qalmaması üçün aparıblar.

Bu məlumatı Nikolayev bölgə Dövlət Administrasiyasının rəhbəri Vitali Kim öz Telegram kanalında paylaşıb.

"Artıq general yoxdur. İndi onun adını və soyadını dəqiqləşdiririk", - Kim qeyd edib.