Bərdədə dəm qazından 15 nəfər zəhərlənib
23 Fevral 2025
Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.
Zəhərlənən 15 nəfər halsızlıq və qusma halları ilə bağlı xəstəxanaya müraciət edib. Həmin şəxslərin hamısı kənddə keçirilmiş yas mərasimində iştirak etdikdən sonra bu problemlə üzləşiblər.
TƏBİB-dən bildirilib ki, 23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub.
"Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - məlumatda qeyd olunur.
ardım göstərilir.