Belqoroda raket hücumu - Binanın dağılması nəticəsində 19 nəfər ölüb
13 May 2024
Rusiya Ukrayna Ordusunu Belqorod şəhərini raket atəşinə tutmaqda ittiham edib..
Rusiya Fövqəladə Hallar Nazirliyinin iddiasına görə, mərmilərdən biri Şors küçəsində on mərtəbəli yaşayış binasına dəyib və binanın bir hissəsi tamamilə dağılıb.
Son məlumata görə, dağılan binada ölənlərin sayı 19 nəfərə çatıb.
Dağıntılarının təmizlənməsi işləri yekunlaşıb.