Belçikada karantin qaydaları sərtləşdirilir
04 Dekabr 2021
Belçika koronavirusa yoluxma hallarının davamlı artması ilə əlaqədar məhdudlaşdırıcı tədbirləri gücləndirməkdə davam edir.
"RİA Novosti" xəbər verir ki, Belçikanın Böhran Komitəsi epidemioloji vəziyyətin pisləşdiyini bildirib. Bununla bağlı qərara alınıb ki, ibtidai sinif şagirdləri, eləcə də bağçalar həmişəkindən bir həftə tez - dekabrın 20-dən Yeni il tətilinə çıxsınlar.
Ümumtəhsil məktəblərində distant təhsilin məktəbə əyani davamiyyətlə birləşdirilərək kombinə edilmiş təhsilin tətbiqi tövsiyə olunur. Məktəblərdə qoruyucu maskalar altı yaşından etibarən hər kəs üçün məcburidir. Bir sinifdə iki şagird xəstələnərsə, sinif karantinə alınır. Valideynlərə tövsiyə olunur ki, uşaqlarında koronavirus üçün mütəmadi olaraq avtotestlər keçirsinlər. Bundan əlavə, hökumət 12 yaşa qədər uşaqlar üçün peyvənd kampaniyasını gücləndirməyi planlaşdırır.
Dekabrın 6-dan etibarən bütün kütləvi tədbirlər (200-dən çox ziyarətçi) dayandırılır. Qapalı yerlərdə, altı yaşından etibarən hamı üçün maska taxmaq məcburidir. 50 və ya daha çox insanın iştirakı planlaşdırılan tədbirlərdə COVID-19 sertifikatını yoxlamaq məcburidir.
Bundan əlavə, sakinlərə mümkün qədər sosial əlaqələri azaltmaq, yaxınları və dostları ilə küçədə görüşməyə çalışmaları tövsiyə olunur.
Komitənin növbəti iclasının dekabrın 20-də keçiriləcəyi gözlənilir.(Report)