Logo
news content
User
Kateqoriyalar

Xəbər

Belarusa yeni xarici işlər naziri təyin olunub

Sergey Aleynik Belarusun yeni xarici işlər naziri təyin olunub.

BelTA-nın məlumatına görə, o, bundan əvvəl Belarus xarici işlər nazirinin birinci müavini işləyib.

Qeyd edək ki, Sergey Fyodoroviç Aleynik 1965-ci il yanvarın 28-də Minskdə anadan olub.

2009-2013-cü illərdə xarici işlər nazirinin müavini, 2013-2020-ci illərdə ölkəsinin Böyük Britaniyadakı səfiri, 2020-2022-ci illərdə yenidən xarici işlər nazirinin müavini vəzifələrində işləyib.

2022-ci ilin fevralında Belarus XİN başçısının birinci müavini təyin olunub.

Xatırladaq ki, A.Aleynik xarici işlər naziri vəzifəsində bu il noyabrın 26-da vəfat etmiş Vladimir Makeyi əvəzləyib.