Logo
news content
User
Kateqoriyalar

Xəbər

BƏƏ kosmos üçün milyonlarla dollar xərcləyəcək: RADAR PEYKLƏR HAZIRLANIR

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları kosmik sektorun inkişafına dəstək üçün 3 milyard dirhəm (təxminən 817 milyon ABŞ dolları - Red) kapitala malik fond yaradıb.

Yerli “WAM” agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bəyan edib.

BƏƏ rəhbəri həmçinin müasir “Sirb” radar peyklərinin hazırlanması üzrə yeni milli proqramın icrasına başlanıldığını elan edib.

O qeyd edib ki, ölkə bu həyati sektorun inkişafı üçün innovativ həllərin tapılması və öz kadrlarının hazırlanması sahəsində fəaliyyətini davam etdirəcək.