Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bazarda qiymətlər yanır, alıcı da yoxdur - VİDEO

Artıq 1 aydan çoxdur ki, mövsümi meyvə-tərəvəzlərin qiymətləri həm sosial şəbəkələrdə, həm də əhali arasında müzakirələrə səbəb olub.

Paytaxtda alıcıların daha çox olduğu "8-ci kilometr" bazarında hər çeşiddə və hər qiymətə meyvə-tərəvəz tapmaq mümkündür.

Yayın əvəzedilməz tərəvəzi pomidorun qiyməti 50 qəpik - 1 manat arasında dəyişir. Xiyarın qiyməti isə 50-60 qəpikdir.

Qarpızın bir kiloqramı 50 qəpik, yemiş isə 70 qəpik-1 manat olsa da, satıcılar alıcı azlığından şikayət edirlər.

Alıcılar da qiymətlərin marketlərlə müqayisədə münasib olduğunu deyirlər.

Digər meyvə-tərəvəzlərin də qiyməti isə belədir. Şaftalının bir kiloqramının qiyməti 2-3 manat,ərik 2 - 2 manat 50 qəpik,alma 70 qəpik - 1 manat 20 qəpikçiyələk 1-2 manat, bibərin bir kiloqramı 80 qəpik - 1 manat, badımcan 50 qəpik - 1 manat,lobya 1 manat 50 qəpik - 3 manat arasında dəyişir. Qarğıdalının isə ədədi 50-60 qəpikdir. (Xəzər Xəbər)

https://www.youtube.com/watch?v=Ptp_7XAkN5A&t=1s