Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Baykar Makina"dan Rusiyaya rədd cavabı verildi: "Heç vaxt..."

""Baykar Makina" Ukraynanın suverenliyini və onun müstəqillik mübarizəsini dəstəklədiyi üçün Rusiyaya öz məhsulunu tədarük etməyib və heç vaxt da verməyəcək".

Bunu “Baykar Makina”nın baş direktoru Haluk Bayraktar CNN kanalına açıqlamasında deyib.

"Türkiyə ilə Ukrayna arasında xüsusilə aerokosmik və müdafiə sahələrində strateji səviyyəli əlaqələr mövcuddur. Bu illər səydir. Türkiyə Ukraynaya döyüş pilotsuz təyyarələri ilə dəstək verir, biz də Ukraynadan pilotsuz təyyarələr üçün mühərriklər alırıq. Biz Ukrayna ilə münasibətləri qazan-qazan prinsipi əsasında qurmuşuq ki, bu da hər iki ölkəyə üstünlüklər verir. Və bu mənada biz açıq şəkildə Ukraynanı dəstəkləyirik", - deyə Bayraktar bildirib.

“Baykar Makina” məhsullarının Rusiyaya tədarükünün mümkünlüyü ilə bağlı sualları cavablandıran şirkət rəhbəri əmin edib ki, bu, heç vaxt baş verməyəcək.

“Biz onları (Rusiya - red.) təmin etməmişik, etmirik və heç vaxt etməyəcəyik. Biz Ukraynanı dəstəkləyirik, onun suverenliyini, faktiki olaraq müstəqilliyi uğrunda mübarizəsini dəstəkləyirik”, - deyə Bayraktar bildirib.