Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Baydenin oğlu” Rusiyadakı səfirlik yaxınlığında saxlanıldı - FOTO

Rusiyalı gənc Moskvadakı ABŞ səfirliyinin hasarından məktub atmaq istəyərkən saxlanılıb.

27 yaşlı Aleksandr Sbitnev özünü ABŞ prezidenti Co Baydenin qeyri-qanuni oğlu hesab edir. O, bu yaxınlarda Spassk-Ryazanskidən Moskvaya gəlib və yataqxanada qeydiyyatdan keçib.

O, ABŞ səfirliyinin binası qarşısına gələrək naməlum zərfi hasarın üstündən atmağa çalışıb. Gənc mühafizə əməkdaşları tərəfindən tutulub və polisə təhvil verilib.

Hazırda polis məktubun məzmununu araşdırır.

Sosial şəbəkələrdə gənc oğlan yazır ki, Co Bayden onun atası, Sürix isə doğma şəhəridir.