Bayden Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
24 Aprel 2024
ABŞ Prezidenti Co Bayden daha əvvəl Konqres tərəfindən təsdiqlənmiş Ukraynaya yardım haqqında qanunlar paketini imzalayıb.
CNN xəbər verir ki, o, qanunlar layihəsini canlı yayımda imzalayıb.
Bayden Ukraynaya silah tədarükünün yaxın saatlarda bərpa olunacağını əlavə edib.
Xatırladaq ki, qanun layihələri aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən, sonra isə Senat tərəfindən təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edir. Bura Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla, münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir.