Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Ukraynaya da gedəcəkmi?

ABŞ prezidenti Cozef Bayden xarici ölkələrə növbəti səfərə çıxmağı planlaşdırır.

“Vaşinqton Post” qəzeti bildirir ki, jurnalistlərlə söhbətində Bayden bu barədə deyib: “Mən Almaniyaya, İspaniyaya, İsrailə və Səudiyyə Ərəbistanına gedəcəm. Geniş spektrdə görüşlərim olacaq”.

Bu səfəri zamanı Ukraynaya da baş çəkib-çəkməyəcəyi haqda suala cavabında Bayden bildirib ki, Almaniya, İspaniya, İsrail və Səudiyyə Ərəbistanında olandan sonra, o, çox güman, birbaşa ABŞ-a qayıdacaq, yəni ehtimal ki, Ukraynaya getməyəcək.

Cozef Bayden qeyd edib ki, ümumiyyətlə onun Ukraynaya gedib-getməməsi belə bir səfərin ukraynalılara əlavə çətinliklər yaradıb-yaratmayacağı amilinə bağlı çoxsaylı şərtlərdən asılıdır.

ABŞ prezidenti Ukrayna prezidenti Vladimir Zelenski ilə sıx təmaslarını davam etdirdiyini, hər həftə üç-dörd dəfə Zelenski ilə danışdığını da söyləyib.