Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Ukraynaya 13,6 milyard dollar yardımlıq büdcəni imzalayıb

ABŞ Prezidenti Cozef Bayden Konqresin hər iki palatası tərəfindən hökumətin cari maliyyə ili üçün 1,5 trilyon dollar məbləğində büdcə paketini qəbul edib.

Bu paket digər məsələlərlə yanaşı, Ukraynaya humanitar, hərbi və iqtisadi yardım üçün 13,6 milyard ABŞ dollarının ayrılmasını nəzərdə tutur.

Qanun layihəsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə və onun qonşu ölkələr üçün nəticələrinə cavab vermək üçün imzalanıb.

ABŞ Konqresinin qərarları sayəsində ölkə Ukraynaya hərbi və humanitar yardımı genişləndirəcək. (Report)