Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden prezident postunda qalmaq istəyir - Namizəd olacaq

Ağ Ev ABŞ lideri Cozef Baydenin 2024-cü ilin prezident seçkilərində ikinci dəfə namizəd olub-olmayacağı barədə xəbərlərə aydınlıq gətirib.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib.

"Bayden seçki yarışına girəcək. O, əvvəllər özü də bu barədə bildirib", - Ağ Ev rəsmisi deyib.

“Aydın olmaq üçün; Prezidentin dəfələrlə dediyi kimi, 2024-cü ildə namizədliyini irəli sürməyi planlaşdırır”, - Karin Jan-Pyer daha sonra tviter hesabında yazıb.

Qeyd edək ki, ABŞ-ın sabiq lideri Donald Tramp da 2024-cü ilin prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.