Logo
news content
User
Kateqoriyalar

Xəbər

Balasanyan Qarabağdan dağ yolları ilə qaçıb

Qarabağ separatçılarının keçmiş komandiri Vitali Balasanyan Qarabağı dağ yolları ilə tərk edə bilib. Bu, Azərbaycan SQ-nin 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi hərbi əməliyyatlardan bir neçə gün sonra baş verib. Bu barədə Ermənistanın teleqram kanallarından biri Balasanyanın ətrafındakı insanlara istinadla məlumat yayıb.

Elə həmin mənbənin məlumatına görə, Balasanyan sentyabrın 28-də Xankəndindən çıxıb. Bundan dərhal sonra ona Azərbaycan tərəfin bunu öyrəndiyi və Laçın sərhəd-buraxılış məntəqəsində onu gözlədiyi haqqında məlumat veriblər. Bundan sonra o, maşından düşüb və dağ yolları ilə gedərək, oktyabrın ilk ongünlüyündə Ermənistana çatıb.

Ermənistanda hüquq-mühafizə orqanları onu dindirib, azərbaycanlıların onu necə buraxdığını aydınlaşdırmağa çalışıb. Bundan başqa, ondan Nikol Paşinyana qarşı siyasi proseslərdə iştirak etməməyi tələb ediblər. Məhz buna görə Balasanyan Ermənistanın siyasi səhnəsində görünmür.

Xatırladaq ki, Vitali Balasanyan 1992-ci ilin fevralında Xocalıda kütləvi qətllərdə iştirak etmiş hərbi cinayətkardır.

Sonrakı illərdə o, "Qarabağın nazir müavini" vəzifəsini tutub və Ermənistan silahlı qüvvələrinin bölmələrinə rəhbərlik edərək, Azərbaycan SQ-yə qarşı döyüşlərdə iştirak edib.