Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək.

İlk yarış günündə A və B qrupunda qarşılaşmalar təşkil olunacaq. İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gələcəklər. Daha sonra saat 16:00-da turnirin açılış mərasimi baş tutacaq.

Saat 17:00-dan A qrupunun İran - Qırğızıstan, Qırğızıstan - Türkiyə və B qrupunun Azərbaycan - Dünya yığması görüşləri keçiriləcək.

B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən Dünya Kubokunda iştirak etməyəcək.

Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.