Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.

“İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə Hövsan qəsəbəsi (MİDA) – “28 May” metro stansiyası istiqaməti üzrə 120, Hövsan qəsəbəsi (Mərkəz) – “28 May” metro stansiyası istiqaməti üzrə 120E, Hövsan qəsəbəsi (MİDA) – Əhmədli metro stansiyası istiqaməti üzrə 121E, Şüvəlan qəsəbəsi – “Koroğlu” metro stansiyası istiqaməti üzrə 140, Mərdəkan qəsəbəsi – “Koroğlu” metro stansiyası istiqaməti üzrə 140E nömrəli müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib”, məlumatda qeyd edilir.