Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakıda, Böyükşor gölü yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avtoqəzada 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. İlkin məlumata görə, "Mercedes" markalı yük maşını ilə "Wolkvagen" markalı minik avtomobili toqquşub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, hadisə yerində 3 (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı (kişi cinsli) şəxs isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.