Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda məktəblinin qızılcadan öldüyü bildirilir

Bakıda məktəbli vəfat edib.

Bu barədə sosial şəbəkə məlumat yayılıb.

Məlumata görə, Qaradağ rayonu 195 saylı məktəbin Rinat adlı 4-cü sinif şagirdi vəfat edib.

Qeyd edək ki, onun qızılcadan öldüyü bildirilir.

TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub:

"Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür". (APA)